İnsanlar köhnə smartfonlarından ayrılmaq istəmir


Digərləri 05 May 2018 08:15:00 277 0

İnsanlar köhnə smartfonlarından ayrılmaq istəmir

Bu ilin birinci rübündə smartfon satışları 345,4 milyon ədəd təşkil edib. 

Son.az lent.az-a istinadən xəbər verir ki, bunu qeyd edilən dövr üzrə hesabatında "Strategy Analytics" şirkəti açıqlayıb. Bununla da 2017-ci ilin analoji dövrü ilə müqayisədə satışlar 2,4 faiz azalıb. 

Analitiklərin fikrincə, smartfonlara tələbatın azalmasının səbəbi cihazların istifadə müddətinin artması olub. Belə ki, əksər istifadəçilər artıq sonuncu nəsil modellərin sahibi olmağa can atmır, mövcud cihazları ilə daha əvvəlkindən gec və həvəssiz vidalaşırlar.