Bakıda keçmiş məhkum bıçaqlanıb


Digərləri 05 May 2018 08:18:00 230 0

Bakıda keçmiş məhkum bıçaqlanıb

O, ərəb turistlər tərəfindən bıçaqlandığını desə də, yalanının üstü açılıb

Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, 1966-ci il təvəllüdlü Cabbarov Azər Firuddin oğlu bıçaqlanaraq 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

O, ilkin dindirilmə zamanı bildirib ki, guya paytaxtın mərkəzindən keçən Nizami küçəsində ərəb turistlər tərəfindən bıçaqlanıb.

Lakin, Sabunçu RPİ-nin əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, A.Cabbarov Balaxanı qəsəbəsində tanışı tərəfindən bıçaqlanıb.

Hadisənin dəqiq kim tərəfindən törədildiyi araşdırılır.

A.Cabbarov əvvəllər məhkumluq həyatı yaşayıb.