“Instagram” və “WhatsApp”da qrup videozəngləri yaradılacaq


Digərləri 05 May 2018 07:41:00 269 0

“Instagram” və “WhatsApp”da qrup videozəngləri yaradılacaq

"Facebook"un yaradıcısı Mark Zukerberq "İnstagram" sosial şəbəkəsi və "WhatsApp" messencerində qrup video zənglərinin işə salındığını elan edib. 

Son.az lent.az-a istinadən xəbər verir ki, artıq sınaq qrupuna daxil edilmiş "İnstagram" istifadəçilərinin bir hissəsi video zənglər həyata keçirə bilir. Digər istifadəçilər üçün bu funksiyanın bir neçə həftə ərzində istifadə edə biləcəyi mümkün olacaq.

İlkin məlumata görə, qrup video zənglərində 4 nəfərə qədər adam iştirak edə bilər. Zukerberqin sözlərinə görə, istifadəçilər "WhatsApp" messencerində şəxsi zənglər üçün 2 milyarda yaxın dəqiqə sərf ediblər. Elə bu səbəbdən qrup video zəngləri funksiyasının həyata keçirilməsi qərarı qəbul edilib.