“iPhone” satışı azaldı, “Apple”ın gəliri isə artdı


Digərləri 05 May 2018 07:22:00 321 0

“iPhone” satışı azaldı, “Apple”ın gəliri isə artdı

"Apple" korporasiyası bu ilin ilk rübünün maliyyə hesabatını açıqlayıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-mart aylarında "iPhone" satışları 2017-ci ilin son 3 ayı ilə müqayisədə 32,5% azalıb.

Belə ki, ötən ilin oktyabr-dekabr aylarında dünyada 77,3 milyon ədəd "iPhone" satıldığı halda, bu ilin ilk 3 ayında satışlar 52,2 milyon ədəd təşkil edib. Eyni dövrdə gəlirlər də 2017-ci ilin son 3 ayı ilə müqayisədə 38,3% azalaraq 38 milyard dollar olub. Halbuki 2017-ci ilin son rübündə bu rəqəm 61,6 milyard dollar idi.