Rumıniya səfirliyin Qüdsə köçürülməsinə dair memorandumu səhv adlandırıb


Dünya 05 May 2018 06:22:50 286 0

Rumıniya səfirliyin Qüdsə köçürülməsinə dair memorandumu səhv adlandırıb

Ölkə prezidenti Klaus Yohannis belə hesab edir

Rumıniya prezidenti Klaus Yohannis hesab edir ki, səfirliyin Tel-Əvivdən Qüdsə köçürülməsinə dair memorandum düzəldilməsi lazım olan bir səhvdir.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Agerpres" agentliyi məlumat yayıb.

Rumıniya hökuməti səfirliyin Tel-Əvivdən Qüdsə köçürülməsinin təhlil və qiymətləndirilməsi prosesini başladıb. Sonradan Yohannis ölkə səfirliyinin köçürülə bilmə ehtimalı barədə məlumatlandırılmadığını və bu təşəbbüsü beynəlxalq hüququn pozulması hesab etdiyini bildirib.

"Səhv edilib, indi onu düzəltmək lazımdır, çünki bunda mənim heç bir marağım yoxdur və Rumıniyanın bir dövlət olaraq İsrail ilə olduqca xoş olan münasibətləri korlamaqda tamamilə heç bir marağı yoxdur", — deyə o bildirib.

Prezident həmçinin səfirliyin köçürülmə perspektivinin müzakirə edilə biləcəyini də istisna etməyib.