London aeroportunda 50 timsah müsadirə edilib


Dünya 05 May 2018 00:58:14 349 0

London aeroportunda 50 timsah müsadirə edilib

Sürünənlər Malayziyadan gələn reysdə olub

Britaniyalı sərhədçilər Londonun Hitrou hava limanında nəqliyyat şərtləri ilə bağlı qaydaların pozulması səbəbindən 50 timsah balası götürüblər.

“Report” TASS-a istinadən xəbər verir ki, sürünənlər Malayziyadan gələn reysdə olub.

Hər biri dörd timsah üçün nəzərdə tutulan 5 yeşikdə on timsah olub. Yer sıxlığından onlar bir-birilərinə hücum etməyə başlayıblar, nəticədə heyvanlardan biri ölüb.

Timsahlar Kembricşirdə yerləşən fermalardan birinə aparılmalı idi. İndi xilas edilmiş yırtıcılar yenidən Malayziyaya qaytarılıb.