İtlər haqqında MARAQLI FAKTLAR


Digərləri 04 May 2018 23:54:00 568 0

İtlər haqqında MARAQLI FAKTLAR

Adətən itlər sizi, digər itləri, özlərini, əşyaları, ağlınıza gələn hər şeyi yalayırlar. Mütəxəssislərin fikrincə, bunun müəyyən səbəbləri var. Son.az ailem.az-a istinadən itlərdə olan bu vərdişlə bağlı mütəxəssis Viktoria Stivellin məlumatlarını diqqətinizə çatdırır.

İtlər niyə üzünüzü yalayır?

İtlər nəyisə yaladıqda endorfin istehsal edirlər. Bu da onlara xoşbəxtlik və rahatlıq verir. İnsanların stresslərini azaltmaq üçün fiziki məşqlərə bənzəyir. Bu hərəkətin daha məntiqli səbəbi isə üzünüzdəki bir çörək qırıntısı və ya yemək qoxusu ola bilər.

İtlər niyə ayaqlarınızı yalayır?

Hamamdan çıxdıqda ayaqlarınızı yalayırsa, bunun səbəbi onların islaq olması ola bilər. Başqa bir səbəbi isə dərinizdəki duzdur. Xüsusən tərli olduğunuz zaman daha çox yalamaq istəyirlər. Ayağınızın qoxusunun itinizə cazibədar gəlməsi isə sizin qoxunuz olmasından qaynaqlanır.

İtlər niyə əlinizi yalayır?

Ayaqlarınızı yalaması ilə eyni səbəbdən. Əllərinizi yalayır, çünki sizi sevir. Sevgi dolu əllərinizlə ona qulluq edir, sığallayır, çimizdirirsiniz.

İtlər niyə havanı yalayır?