Bu yumurtalara maraq böyükdür İki sarılı yumurta necə olur? VİDEO


Digərləri 04 May 2018 23:45:46 329 0

Bu yumurtalara maraq böyükdür  İki sarılı yumurta necə olur?  VİDEO

Qiyməti digər yumurtalardan cüzi fərqlənir, amma 2 dənə sarısı var. Son.az bildirir ki, son vaxtlarda bazarlarda və mağazalarda 2 sarılı yumurtaların satışı artıb. Satıcıların sözlərinə görə, bu yumurtalar fabrik şəraitində yetişdirilən toyuqlardan əldə edilir.

Qiyməti də digər yumurtalardan 2-3 qəpik fərqlənir. Daxilində 2 ədəd sarısı olan yumurta 14 qəpiyə satılır. Satıcıların sözlərinə görə, bu yumurtalara maraq kifayət qədər çoxdur.

Alıcılar da bu yumurtaların dadının digərindən fərqlənmədiyini, qənaət cəhətdən də çox sərfəli olduğunu deyirlər.