Körpənin rahat yuxuya getməsinə kömək edən şərtlər


Digərləri 04 May 2018 23:30:00 351 0

Körpənin rahat yuxuya getməsinə kömək edən şərtlər

Bəzən analar körpənin çətin yuxuya getməsindən əziyyət çəkir və şikayətlənirlər. Belə hallarla üzləşən gənc anaların, ilk növbədə, səbirli olmaları lazımdır. Ən ağlağan körpə orta hesabla 15-20 dəqiqəyə yuxuya gedir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, uşağı yuxuya aparan davranışlar sırasına yumşaq oyuncaqlarla oynamaq, barmaq sormaq, nağıla qulaq asmaq, saçları ilə və yorğanla oynamaq, yellənmək və s. daxildir. Ən əhəmiyyətli məqam odur ki, onlardan hansının uşağa rahatlıq gətirdiyini və onu yuxuya tez apardığını müəyyənləşdirə biləsən. Körpə ilə nəzakətli ifadələrlə ünsiyyət qurmağa çalışmaq, tərif və sevgi uğurun açarıdır. Oynayandan sonra uşaqların yenidən yuxuya getməsi üçün uyğun bir mühit hazırlamaq lazımdır. Qaranlıq otaq uşağın bioloji ritmi ilə uyğundur. Körpə gecə saatlarında qidalanırsa, bunu zəif işıq altında aparmaq daha yaxşıdır.