ABŞın zərbə qrupu Suriyada İŞİDə qarşı hərbi əməliyyatlara başlayıb


Dünya 04 May 2018 22:35:00 316 0

ABŞın zərbə qrupu Suriyada İŞİDə qarşı hərbi əməliyyatlara başlayıb

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) "Harri Trumen" aviadaşıyıcısının başçılıq etdiyi zərbə qrupu Suriyada İŞİD terror qruplaşmasına qarşı hava əməliyyatlarına başlayıb.

Son.az report.az-a istinadən bildirir ki, bu barədə Amerika HDQ-nin bəyanatında deyilir. "Harri Trumen" aviadaşıyıcı zərbə qrupu mayın 3-də "Sarsılmaz qətiyyət" əməliyyatlarına dəstək göstərmək məqsədi ilə hava əməliyyatları həyata keçirməyə başlayıb", - deyə sənəddə bildirilir.