ABŞ-ın zərbə qrupu Suriyada İŞİD-ə qarşı hərbi əməliyyatlara başlayıb


Dünya 04 May 2018 22:15:30 299 0

ABŞ-ın zərbə qrupu Suriyada İŞİD-ə qarşı hərbi əməliyyatlara başlayıb

Bombardımançı qırıcılar eskadrilyası artıq Suriya üzərində bir neçə uçuş edib.

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) "Harri Trumen" aviadaşıyıcısının başçılıq etdiyi zərbə qrupu Suriyada İŞİD terror qruplaşmasına qarşı hava əməliyyatlarına başlayıb.

“Report” xəbər verir ki, bu barədə Amerika HDQ-nin bəyanatında deyilir.

"Harri Trumen" aviadaşıyıcı zərbə qrupu mayın 3-də "Sarsılmaz qətiyyət" əməliyyatlarına dəstək göstərmək məqsədi ilə hava əməliyyatları həyata keçirməyə başlayıb", — deyə sənəddə bildirilir.

HDQ-dən qeyd olunub ki, bombardımançı qırıcılar eskadrilyası artıq Suriya üzərində bir neçə uçuş edib.