İşlənmiş kondisioner bazarında qiymətlər necədir? VİDEO


Digərləri 04 May 2018 22:17:00 340 0

İşlənmiş kondisioner bazarında qiymətlər necədir?  VİDEO

Havaların isinməyə başlaması və qiymətlərin sərfəli olması ikinci əl kondisioner bazarını canlandırıb. Son.az bildirir ki, mağazalarda 700-750 manata satılan kondisionerləri ikinci əl bazarlarda 250 manata da tapmaq mümkündür.

Qiymətlər isə kondisionerin markasından və işlənmə müddətindən asılı olaraq dəyişir. Nisbətən az işlənən modellər 300-700 manat arasında təklif olunur. Çatdırılma və quraşdırılma da bu qiymətə daxildir.

Üstəlik, alınan hər məhsula 6 aydan 1 ilə kimi zəmənat də verilir. Satıcılar deyirlər ki, məhsulla bağlı hər hansı problem olsa, təmirini və dəyişdirilməsini də özləri edirlər.

Alıcılar da işlənmiş kondisionerlərin ucuz olduğunu və keyfiyyətcə təzələrdən elə də fərqlənmədiyini deyirlər. Buna görə də işlənmiş mal almağın daha sərfəli olduğu qənaətindədirlər.