"Hər ayaq ağrısı revmatizmə işarə deyil"


Digərləri 04 May 2018 22:29:00 320 0

"Hər ayaq ağrısı revmatizmə işarə deyil"

Uşaqlarda ayaq ağrılarına tez-tez rast gəlinir. Bu isə valideynləri çox narahat edir. Bəs görəsən azyaşlılarda sıx rastlanan ayaq ağrılarının səbəbi nədir? Son.az xəbər verir ki, bununla bağlı ailem.az-a məlumat verən pediatr Aytən İsmayılova bildirir ki, bu kimi hallarda valideynlərin ağlına gələn ilk fikir uşaqda revmatizmin olması ehtimalıdır: "Əslində burada fikir veriləsi bəzi məqamlar var. Məsələn, uşağın neçə yaşı var, ağrılar nə vaxt olur, neçə müddətdir və necə dəyişir, fiziki aktivlikdən sonra baş verirmi, yanaşı hansı əlamətlər var?

Əgər gecələr ağrıyır və uşağı yuxudan oyadırsa, çox güman ki, böyümə ağrılarıdır. Böyümə ağrıları 3-4 yaşda başlayır və aylarla davam edə bilir. Əsasən günortadan sonra axşama doğru artmağa başlayır. Səhər yuxudan duranda heç bir əlamət qalmır. Böyümə ağrıları diz, topuq ətrafı, baldır nahiyəsində, əzələlərdə olur. 8-12 yaşda yenidən görülə bilir. Böyümə ağrıları uşağın həssaslığına bağlı olaraq baş ağrıları və qarın ağrıları ilə də müşayiət oluna bilir".  

A.İsmayılzadə qeyd edir ki, ayaqda ağrılar həm də şişkinlik, ödəm, qızartı, ümumi halın dəyişilməsi ilə müşahidə edilirsə, bu zaman da özbaşına revmotestlər verilməsində o qədər də fayda yoxdur: "Həkimə müraciət etmək lazımdır. Ciddi revmatik xəstəliklər ola bilər. Əgər bu cür əlamətlər yoxdur, amma oynaq ətrafında qansızmalar, göyərmələr olursa, ağrılarla yanaşı, bu zaman hematoloji, yəni qan problemi ola bilər. Mütləq həkim müayinəsi və detallı analizlər vacibdir".

Əzələ bağ aparatı zəif ola bilər