Zibil qutusundan təyinatı üzrə istifadə etmədi, ələ keçdi VİDEO


Kriminal 04 May 2018 21:45:00 308 0

Zibil qutusundan təyinatı üzrə istifadə etmədi, ələ keçdi  VİDEO

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində 6 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran Regional qrupundan verilən məlumata görə, 2 may 2018-ci il tarixdə Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran sakini Elman Sadıxzadənin üzərindən 6 bükümdə ümumi çəkisi 6 kiloqram 215 qram olan tiryək aşkarlanaraq götürülüb. O qaçaqmalçılıq yolu ilə Respublika ərazisinə gətirilmiş narkotik vasitəni əvvəlcədən gizlədilmiş yerdən, Astara şəhəri ərazisindəki zibil qutularından birindən götürərkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir. /xezerxeber.az