Bakı Mühəndislik Universitetində bilik və yaradıcılıqla bağlı fərqli gün FOTO


Digərləri 04 May 2018 20:18:00 300 0

Bakı Mühəndislik Universitetində bilik və yaradıcılıqla bağlı fərqli gün  FOTO

BMU-da “Mənim universitetim ” adlı maarifləndirmə tədbiri keçirilib

Bakı Mühəndislik Universitetində  (BMU) "Mənim universitetim" devizi adı altında bilik və yaradıcılıq günü keçirilib.

BMU-da Son.az-a verilən məlumata görə, əsasən abituriyentlər və onların valideynləri üçün nəzərdə tutulan tədbirdə Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonundan 100-lərlə valideyin və şagirdlər iştirak edib.

Universitetin rektoru professor Havar Məmmədov bildirib ki, tədbirin təşkilində məqsəd abituriyentlərə ixtisas seçimində kömək etməkdir. Tədbir elə təşkil olunub ki, abituriyentlər stendlərə yaxınlaşanda onlarda ixtisaslar haqqında ilkin fikir formalaşacaq. Biz abituriyentlərin və onların valideynlərinin xüsusən ixtisas seçimi istiqamətində maarifləndirilməsinə çalışırıq. Çünki, düzgün ixtisas seçimi universitetdə tədrisin keyfiyyətinin artırılmasında xüsusi rol oynayır. Əslində Bakı Mühəndislik Universiteti il ərzində abituriyentlərə faydalı olacaq silsilə tədbirlər keçirib. Bu tədbir isə həmin tədbirlərin finalı adlandırmaq olar. Rektor abituriyentlərə qəbul imtahanında uğurlar arzulayıb.


Xəbərə aid fotolar