"Qlobal Bakı Forumu sülh və firavanlıq ideyalarını təbliğ etmək üçün platformaya çevrilib"


Digərləri 04 May 2018 20:00:00 331 0

"Qlobal Bakı Forumu sülh və firavanlıq ideyalarını təbliğ etmək üçün platformaya çevrilib"

Qlobal Bakı Forumu bir çox ölkələrin nümayəndələr üçün sülh, rifah və bu gün üçün aktual olan problemlər barədə ünsiyyət qura biləcək bir yerə çevrilib.

Son.az Trend-ə istinadən bildirir ki,  bunu VI Qlobal Bakı Forumunun yekunu ilə bağlı hesabata həsr olunmuş mətbuat konfransında Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin deyib.

"Mən Azərbaycan hökumətinə, eləcə də Beynəlxalq Nizami Gəncəvi Mərkəzindən olan həmkarlarıma Bakı Forumunda iştirak etdiklərinə görə minnətdaram. Mən ideyaların qlobal məsələlərin həllindəki böyük gücünə inanıram. Bakı Forumu bizə gələcəyə böyük töhfə verəcək ideyaları bölüşmək üçün bütün imkanları verdi".