Ermənistandakı etiraz aksiyalarını maliyyələşdirən şəxslərin adları məlum oldu


Digərləri 04 May 2018 18:55:00 271 0

Ermənistandakı etiraz aksiyalarını maliyyələşdirən şəxslərin adları məlum oldu

"Mənim addımım" etiraz hərəkatının lideri, Ermənistanın "Çıxış" blokundan olan deputat Nikol Paşinyan öz "Facebook" səhifəsində hərəkata maliyyə dəstəyi göstərən insanların siyahısını dərc edib. 

Son.az report.az-a istinadən bildirir ki, aprelin 10-dan 23-dək olan müddət ərzində ianələrin ümumi miqdarı 7 769 800 dram (təxminən, 16 000 ABŞ dolları) təşkil edib.

Siyahıda müxtəlif ölkələrdən olan insanların adı yer alıb. Bəziləri ad və soyadlarının açıqlanmasını istəməyib, bir qism insanın isə yalnız adları göstərilib.