Ermənistandakı etiraz aksiyalarını maliyyələşdirən şəxslərin adları məlum olub


Dünya 04 May 2018 18:50:46 244 0

Ermənistandakı etiraz aksiyalarını maliyyələşdirən şəxslərin adları məlum olub

Aprelin 10-dan 23-dək olan müddət ərzində ianələrin ümumi miqdarı, təxminən, 16 000 ABŞ dolları təşkil edib

"Mənim addımım" etiraz hərəkatının lideri, Ermənistanın"Çıxış" blokundanolan deputatNikol Paşinyan öz "Facebook" səhifəsində hərəkata maliyyə dəstəyi göstərən insanların siyahısını dərc edib.

"Report"un Ermənistan KİV-inə istinadən verdiyi xəbərə görə, aprelin 10-dan 23-dək olan müddət ərzində ianələrin ümumi miqdarı 7 769 800 dram (təxminən, 16 000 ABŞ dolları) təşkil edib.

Siyahıda müxtəlif ölkələrdən olan insanların adı yer alıb. Bəziləri ad və soyadlarınınaçıqlanmasını istəməyib, bir qism insanın isə yalnız adları göstərilib.

Belə ki, siyahıda İsveçdən Liliya, ABŞ-dan Kristine Ovsepyan, Münhendən Vaaqn Petrosyan, həmçininRusiyada yaşayan onlarla erməninin adı var.

Qeyd olunanlararasında məşhur şahmatçı, Rusiyanın müxalifət xadimlərindən biri olan Harri Kasparovun da adı var. O, etiraz hərəkatına10 000 dram (təxminən, 20dollar) pul ayırıb.