Fransa Liqasında mövsümün ən yaxşı hakimi açıqlanıb


İdman 04 May 2018 18:49:00 265 0

Fransa Liqasında mövsümün ən yaxşı hakimi açıqlanıb

Fransa Liqasında 2017/18 mövsümünün ən yaxşı hakimi məlum olub. Goal.az xəbər verir ki, Toni Şapron həmkarları tərəfindən bu mükafata layiq görülüb.

Şapron liqanın 20-cu turunda keçirilən Nantes - PSG matçından sonra diqqət mərkəzinə düşmüşdü. O, meydan sahiblərinin futbolçusu Diyeqo Karlosla toqquşandan sonra ayağı ilə ona zərbə endirmyə çalışmışdı. Daha sonra referi ona qırmızı vərəqə göstərmişdi. Həmin oyundan sonra Şapron səhvini etiraf etmişdi. Bu mükafat onun karyerasında ilk olub.