Türkiyə və Yunanıstan gəmiləri toqquşdu


Dünya 04 May 2018 18:21:00 236 0

Türkiyə və Yunanıstan gəmiləri toqquşdu

Türkiyənin Nəqliyyat, Dənizçilik və İnformasiya Texnologiyaları Nazirliyi Egey dənizində Türkiyənin yük gəmisi ilə Yunanıstanın hərbi gəmisinin toqquşması faktını təsdiq edib.

Son.az Trend-ə istinadən bildirir ki,  qəza səhər saatlarında Lesbos adasının akvatoriyasında qeydə alınıb.

Hadisə nəticəsində gəmilər ciddi zərbə alsalar da, heç biri batmayıb. Xəsarət alanların olmadığı bildirilir.

Hazırda toqquşmanın təfərrüatları araşdırılır.