Səhiyyə Nazirliyi: "Azərbaycanda bronxial astma xəstələrinin sayı 68% təşkil edir"


Digərləri 04 May 2018 17:47:00 306 0

Səhiyyə Nazirliyi: "Azərbaycanda bronxial astma xəstələrinin sayı 68% təşkil edir"

Hazırda Azərbaycanda həm uşaqlar, həm də böyüklər arasında bronxial astma xəstələrinin sayı 6-8% təşkil edir.

Son.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin baş allerqoloqu, professor Cəbrayıl Məmmədov bildirib ki, ölkədə bronxial astma xəstələrinin sayında illər üzrə azalma müşayiət edilir.

Belə ki, 2016-cı ildə 7950, 2017-ci ildə isə bu 7701 nəfərdə ilk dəfə aşkarlanma qeydə alınıb. Ölkədə bu xəstəliyə daha çox cənub zonasında rast gəlinir. Xəstəlik əsasən allergik mənşəlidir və sənaye cəhətdən inkişaf etmiş, nəmişliyi çox olan ölkələrdə yayılıb. Bu xəstəlikdə ən vacib amil genetik meyilliyin olmasıdır:

"Xəstəliyin daha çox yayıldığı ölkələr isə İrlandiya, Baltikyanı ölkələr, Kanada, Şimali Amerikadır. Hətta bəzi ölkələrdə bronxial astma ilə xəstələnmə göstəricisi 30-40% təşkil edir".