Bakıda xəstələrlə həkimlər arasında futbol matçı keçirilib - FOTOREPORTAJ


Digərləri 04 May 2018 17:19:05 155 0

Bakıda xəstələrlə həkimlər arasında futbol matçı keçirilib - FOTOREPORTAJ

Oyun xəstələrin qalibiyyəti ilə başa çatıb

Bakıda stadionlardan birində böyrək və qaraciyər köçürülən xəstələrlə həkimlər arasında futbol matçı keçirilib.

"Report" xəbər verir ki, oyun Mərkəzi Neftçilər Xəstəxanasının “Cərrahiyyə və Orqan Transplantasiyası” şöbəsinin müdiri Mircəlal Kazıminin təşkilatçılığı ilə baş tutub.

O, oyundan əvvəl jurnalistlərə açıqlamasında deyibki, məqsəd əməliyyat olunan xəstələrin cəmiyyətə qayıtdığını nümayiş etməkdir: "Çünki əməliyyata ehtiyacı olan xəstələrvə onların yaxınları əməliyyatdan insanların yatağa bağlı qalacaqlarından ehtiyat edirlər".

M.Kazımi əlavə edib ki, xəstələrin, xəstə yaxınlarının həkimlərə ünvanladığı əsas sual xəstələrin əməliyyatdan sonrakı durumu ilə bağlı olur: "Əslində xəstələr əməliyyatdan sonra normal həyatlarına qayıdırlar. Bugünkü futbol matçı da bunun bariz sübutudur. Oyunda iştirak edən xəstələrdən ikisi İspaniyada 200 atlet arasında bürünc medal qazanıblar".

Oyun xəstələrin qalibiyyəti ilə başa çatıb.

Qeyd edək ki, yarışa hakimliyi Hacı Nuran edib.