Masallıda qanunsuz ağac kəsimi aşkarlanıb FOTO


Digərləri 04 May 2018 16:52:00 209 0

Masallıda qanunsuz ağac kəsimi aşkarlanıb  FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Masallı rayonu ərazisində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunması ilə bağlı növbəti reyd keçirilib.

Nazirlikdən Son.az-a verilən məlumata görə, reyd zamanı Masallı rayon mərkəzi xəstəxanasının qarşısındakı ərazidə yaş köküstə 36 sm diametrliyində 1 ədəd şam ağacının qanunvericiliyə zidd olaraq kəsildiyi aşkar edilib. Faktla bağlı akt tərtib edilib və təbiətə 700 manat ziyan dəydiyi məlum olub.


Xəbərə aid fotolar