Şəhid Murad Məmmədovun "Şərəfli ad"ı


Digərləri 04 May 2018 16:57:00 299 0

Şəhid Murad Məmmədovun "Şərəfli ad"ı

Nizami Kino evində 2016-cı il aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Murad Məmmədovun həyat və döyüş yolundan bəhs edən "Şərəfli ad" sənədli filminin təqdimat mərasimi keçirilib.

Son.az xəbər verir ki, adalet.az-ın məlumatına görə, jurnalist Vüqar Əsgərovun ssenarisi, rejissor Zamin Məmmədovun quruluşu əsasında ekranlaşdırılmış filmin təqdimat mərasimində Şəhid Murad Məmmədovun ailə üzvləri, döyüş yoldaşları, Qarabağ savaşının veteranları, media təmsilçiləri və digər ictimaiyyət nümayəndələri iştirak edirdilər. Film barədə məlumat verən jurnalist V.Əsgərov bildirib ki, sənədli filmin ərsəyə gətirilməsi üçün Sumqayıtda, Hacı Zeynalabdin qəsəbəsində, Biləsuvarda, Cəlilabadda çəkilişlər aparılıb, Şəhid haqqında məlumatlar toplanılıb. Şəhidin qardaşı, hərbçi Rahim Məmmədov Muradla fəxr etdiyini, Azərbaycanın qəhrəman oğullarının ruhu qarşısında baş əydiyini bildirib, Şəhid qardaşı kimi son damla qanına qədər torpaqlarımızın azad olunması uğrunda döyüşəcəyini bildirib.