Braziliya prezidenti İlham Əliyevi təbrik etdi


Siyasət 04 May 2018 16:14:00 200 0

Braziliya prezidenti İlham Əliyevi təbrik etdi

Braziliya Federativ Respublikasının Prezidenti Mişel Temer İlham Əliyevə təbrik məktubu göndərib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. İnanıram ki, Braziliya ilə Azərbaycan arasında dostluq münasibətləri xalqlarımızın və beynəlxalq birliyin mənafeyi naminə daha da möhkəmlənəcək. Bizi ayıran böyük coğrafi məsafəyə baxmayaraq, əminəm ki, müxtəlif sahələrdəki əməkdaşlığımız daha da genişlənəcək. Cənab Prezident, belə bir xeyirxah işi dəstəkləməkdə maraqlı olduğumu bir daha xüsusi vurğulayıram.

Zati-aliləri, Prezidentliyinizin yeni dönəmində Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram.