Bakıda mənzildən kişi meyiti tapıldı


Digərləri 04 May 2018 15:35:00 198 0

Bakıda mənzildən kişi meyiti tapıldı

Binqədidə mənzildən meyit tapılıb.

Bu barədə Son.az-a FHN-dən məlumat verilib.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1941-ci il təvəllüdlü Quliyev Telman Alı oğlunun meyitini aidiyyəti üzrə təhvil verib.

Əməliyyat başa çatıb.