“Baku Business Factory” 3 yaşını qeyd edir


İqtisadiyyat 04 May 2018 15:28:00 295 0

“Baku Business Factory” 3 yaşını qeyd edir

BBF-nin əsas diqqət etdiyi məsələlərdən biri ölkə iqtisadiyyatının şaxələnməsinə töhfə verməkdir

Bu gün “Baku Business Factory” 3 yaşını qeyd edir.

“Report” xəbər verir ki, təşkilat ötən üçil ərzində startaplar, frilanserlər və bu ekosistemdə fəaliyyətdə olan digər təşkilatlarla yaxın əməkdaşlıq çərçivəsində ekosistemin inkişafına öz töhfəsini verib.

Hazırda BBF-də 2 frilanser, 19 layihə fəaliyyət göstərir və icra olunur. Bunların içərisində alternativ enerji, marketinq, biznes analitika, mədəniyyət, müasir dəbdə milli geyim və aksesuarların dizaynı və hazırlanması, İT texnologiya, kriptovalyuta, maliyyə, dizayn və qlobal sahibkarlıq da var. Həmçininbir portal daxilindəB2B xidməti göstərən və digər layihələr icra edən iri sahibkarların məhsul və xidmətləri yerli, xarici bazar üçün hazırlanır. BBF-nin layihələri içərisində Almaniya iş adamlarından investisiya və əməkdaşlıq təklifi alan layihələrdə mövcuddur.

“Baku Business Factory” ötən il ərzindəbeynəlxalq əməkdaşlığı daha dagenişləndirmək istiqamətində fəaliyyətini davam etdirib. Belə ki, BBF ilə Gürcüstan İnnovasiya və Texnologiya Agentliyi (GİTA) arasında əməkdaşlıq üzrə memorandum imzalanıb. Razılaşmaya görə, tərəflər qeyri-neft sektorunda, xüsusən də İKT, elm, mühəndislik və kənd təsərrüfatı sahələrində əməkdaşlığı genişləndirəcəklər. Həmçinin BBF və GİTA “angel” və “venture” investorların cəlb edilməsi sahəsində təcrübə mübadiləsi aparılmasını da razılaşdırıblar.

BBF tərəfindən seçilən layihələrə ofis və ofis avadanlığı, mentorluq, biznes mövzusunda müxtəlif təlim xidmətləri göstərilib. Bu xidmətlər xaricində eyni sektorda fəaliyyət göstərən başqa şirkətlərlə də əməkdaşlıqlar edilərək müxtəlif layihələrə imza atılıb.

“Baku Business Factory” bütün işlərini həyata keçirərkən xüsusi diqqət etdiyi məsələlərdən biri ölkə iqtisadiyyatının şaxələnməsinə töhfə verməkdir.

BBF-nin əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək ağıllı biznes ideyası olan gənclərə onların layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.

Daha ətraflı məlumat üçün BBF-nin rəsmi saytına (www.bbf.az) daxil ola və ya təşkilatla telefon (012 599 04 05/06) vasitəsilə əlaqə saxlamaq mümkündür.