Aprel şəhidi Murad Məmmədov haqqında filmin təqdimatı keçirilib (FOTO)


Digərləri 04 May 2018 15:26:00 262 0

Aprel şəhidi Murad Məmmədov haqqında filmin təqdimatı keçirilib (FOTO)

Nizami Kino evində 2016-cı il aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Murad Məmmədovun həyat və döyüş yolundan bəhs edən “Şərəfli ad” sənədli filminin təqdimat mərasimi keçirilib

Bakı. Samir Əli - Nizami Kino evində 2016-cı il aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Murad Məmmədovun həyat və döyüş yolundan bəhs edən “Şərəfli ad” sənədli filminin təqdimat mərasimi keçirilib. Trend-in məlumatına görə, jurnalist Vüqar Əsgərovun ssenarisi, rejissor Zamin Məmmədovun quruluşu əsasında ekranlaşdırılmış filmin təqdimat mərasimində Murad Məmmədovun ailə üzvləri, döyüş yoldaşları, Qarabağ döyüşlərinin veteranları, media təmsilçiləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər. Film barədə məlumat verən jurnalist V.Əsgərov bildirib ki, sənədli filmin ərsəyə gətirilməsi üçün Sumqayıtda, Hacı Zeynalabdin qəsəbəsində, Biləsuvarda, Cəlilabadda çəkilişlər aparılıb, şəhid haqqında məlumatlar toplanılıb.