Bakıda 22 min manatlıq dələduzluq edən şəxs məhkəmə zalında


Digərləri 04 May 2018 15:16:00 225 0

Bakıda 22 min manatlıq dələduzluq edən şəxs məhkəmə zalında

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşların etibarından sui-istifadə edərək dələduzluqda təqsirləndirilən Xatirə Hüseynova və Azər Ağayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə X.Hüseynova 3 il və A.Ağayev isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan A.Ağayev məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, hər iki təqsirləndirilən şəxs Bakıda özlərinə məxsus olmayan torpaq sahələrini vətəndaşlara satmaqda təqsirli bilinir.