Qəbələ'dən Qriqorçuka yeni müqavilə təklifi


İdman 04 May 2018 15:10:00 299 0

Qəbələ'dən Qriqorçuka yeni müqavilə təklifi

Latviya Futbol Federasiyasının prezidenti Kaspar Qorkş Qəbələ'nin baş məşqçisi Roman Qriqorçukun növbəti mövsüm də Azərbaycanda çalışa biləcəyini deyib.

Goal.az xəbər verir ki, yerli mətbuata açıqlama verən federasiya prezidenti ukraynalı mütəxəssisin Qəbələ'dən yeni təklif aldığını bildirib:

“Roman Qriqorçukla özüm əlaqə saxladım. İndi onunla danışıqlar yalnız masa arxasında davam edə bilər. Qəbələ klubu ona yeni müqavilə təklif edib. Dünən bu barədə danışdıq. Qriqorçuk bildirdi ki, hər şeyə mayın sonunda aydınlıq gələcək. Biz də uzun müddət gözləyə bilmərik. Latviya millisinə uyğun bir mütəxəssis tapmalıyıq. Bu, qısa müddətdə baş verməlidi. İstəyirik ki, Azərbaycanla oyuna qədər baş məşqçi tapaq. Yoxsa həmin matça baş məşqçisiz çıxacağıq”.