Baş allerqoloq: "Astma xəstəliyi yayılıb, xüsusilə də cənub zonasında" FOTO


Digərləri 04 May 2018 14:55:08 325 0

Baş allerqoloq: "Astma xəstəliyi yayılıb, xüsusilə də cənub zonasında"  FOTO

Ötən il 7701 nəfərdə astma xəstəliyi aşkarlanıb. Amma xəstələrin sayının qeydiyyatdan keçənlərdən çox olduğu ehtimal edilir.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin baş allerqoloqu, professor Cəbrayıl Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda bu xəstəlik həm uşaqlar, həm də böyüklər arasında 6-8 faiz təşkil edir. "Qeydiyyatdan keçməyənlərin sayı kifayət qədərdir. Ölkədə bu xəstəliyə daha çox cənub zonasında rast gəlinir. Astmada ən vacib amil genetik meylliyin olmasıdır", - Məmmədov deyib.

Qeyd edək ki, bu gün - 4 May - Ümumdünya Astma Günüdür. Beynəlxalq astma günü hər il dünyanın 80 dən artıq ölkəsində bu xəstəliyin Qlobal Strateji Müalicə layihəsi çərçivəsində qeyd edilir. Məmmədov deyib ki, "Xəstəlik əsasən allergik mənşəlidir və sənaye cəhətdən inkişaf etmiş, nəmişliyi çox olan ölkələrdə yayılıb. Azərbaycanda bronxial astma xəstələrini sayında illər üzrə azalma müşayiət edilir".

Astma xəstəliyi daha çox İrlandiya, Baltikyanı ölkələr, Kanada, Şimali Amerikada yayılıb. Bəzi ölkələrdə bu göstərici 30-40 faiz təşkil edir.