Şagirdi müəllim yox, anası döyübmüş


Digərləri 04 May 2018 14:26:00 253 0

Şagirdi müəllim yox, anası döyübmüş

Bir neçə gün öncə müəllimi tərəfindən döyüldüyü iddia olunan 189-190 saylı orta məktəbin birinci sinif şagirdi ilə bağlı bəzi detallar üzə çıxıb.

Son.az aznews.az-a istinadən xəbər verir ki, həmin şagird müəllimi deyil, anası Xanım Əliyeva tərəfindən döyülüb. ATV telekanalının aparıcısı Zaur Baxşəliyev "Bizimləsən" verilişində məsələni müzakirə edərkən hadisə ilə bağlı video yayımlayıb.

Döyülən şagirdin anası

Həmin görüntüdə şagirdin valideyni Xanım Əliyevanın onun başını partaya vurduğu, sonra isə ona dəhliz boyu işgəncə verdiyi aydın görünür.