Nazir: "Müəllimlərin işə qəbulu müsabiqəsi bu il də eyni qaydalarla keçiriləcək"


Digərləri 04 May 2018 14:06:06 238 0

Nazir: "Müəllimlərin işə qəbulu müsabiqəsi bu il də eyni qaydalarla keçiriləcək"

Müəllimlərin işə qəbulu müsabiqəsi bu il də eyni qaydalarla keçiriləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov deyib.

Nazirin sözlərinə görə, müəllimlərin işə qəbulu bir neçə mərhələdə həyata keçirilir: "Bu il də qaydalar eyni şəkildə olacaq. Adətən, hər il mövcud müəllim vakansiyaları ilk olaraq, Təhsil Nazirliyinin sistemində olan müəllimlər üçün açılır. Sistem daxilində olan və ailə vəziyyəti ilə əlaqədar, yaxud da hansısa səbəbdən yaşayış yerini dəyişən müəllimlər vakant yerləri seçərək müəllimlərin yerdəyişməsi müsabiqəsində iştirak etmək hüququ qazanırlar. Bir qayda olaraq, biz bunu iyun ayında keçiririk. Hesab edirəm ki, bu il də həmin müsabiqə iyunda baş tutacaq".