DMX rəisi: 10 ildə 1125 əcnəbi ailə qaçqın statusu almaq üçün müraciət edib FOTO


Digərləri 04 May 2018 14:08:00 292 0

DMX rəisi: 10 ildə 1125 əcnəbi ailə qaçqın statusu almaq üçün müraciət edib  FOTO

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynovun BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelis ilə Xidmətin inzibati binasında keçirilən görüşündə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Son.az xəbər verir ki, qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Azərbaycan hökuməti ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasındakı əlaqələrin yaxşı əsaslar üzərində qurulduğu və bu əlaqələrin bu gün də uğurla davam etdirildiyi vurğulanıb.

DMX-də 2008-ci ilin fevral ayından Qaçqın statusunun müəyyənləşdirilməsi üzrə müvafiq struktur bölmənin fəaliyyət göstərdiyi diqqətə çatdırılıb.

"Qaçqın" statusu almaq niyyətində olan şəxslərin müraciətləri Xidmətdə araşdırılması üçün qeydiyyata alınır və müvafiq prosedurlardan sonra onların hər birinə "qaçqın" statusunun verilib-verilməməsi barədə məlumat verilir. Status verilməsindən imtina edilmiş şəxslərə bunun səbəbləri izah edilməklə, inzibati və ya məhkəmə qaydasında şikayət etmək hüququ göstərilməklə yazılı qərarlar təqdim edilir.

Vüsal Hüseynov bildirib ki, DMX-də əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə sığınacaq almaq üçün müraciət etməyə yaradılmış lazımi şəraitin daha da təkmilləşdirilməsi üçün müvafiq işlər görülür. DMX tərəfindən biometrik "Qaçqın vəsiqəsi" və "Yol sənədi"nin yeni nümunələri hazırlanıb.

Azərbaycanın iki regionunda (Bakı və Yevlax) Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanılması mərkəzləri fəaliyyət göstərir ki, "qaçqın" statusu almaq niyyətində olan şəxslərin yaşamaq üçün yerləri olmadığı təqdirdə müraciətlərinin araşdırılması mərhələsində onlar könüllü şəkildə həmin mərkəzlərdə yerləşdirilirlər.


Xəbərə aid fotolar