Deputat: "Telekanallarda elə həkimləri reklam edirlər ki, onların səviyyəsi ortadan da aşağıdır"


Digərləri 04 May 2018 13:52:00 221 0

Deputat: "Telekanallarda elə həkimləri reklam edirlər ki, onların səviyyəsi ortadan da aşağıdır"

Telekanallarda elə həkimləri reklam edirlər ki, onların səviyyəsi ortadan da aşağıdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

M.Quliyev qeyd edib: "Elə xəstəliklərin müalicəsini reklam edirlər ki, o xəstəlikləri poliklinikada da müalicə etmək mümkündür: "Özlərini elə göstərirlər ki, sanki, Azərbaycan əhalisinin sağlamlığı bunların əlindədir, bunlar bir nömrəli kilinikalardır. Onlara bu statusu kim verib?"

Deputat bildirib ki, bu cür hallara qarşı tədbirlər görülməlidir.