“Nəsimi” parkında oğlandan sevdiyi qıza qarşı BİABIRÇI ƏMƏL


Digərləri 04 May 2018 13:55:00 260 0

“Nəsimi” parkında oğlandan sevdiyi qıza qarşı BİABIRÇI ƏMƏL

Sumqayıt şəhərində qəsdən sağlamlığa zərərvurmaqda təqsirli bilinən 1997-ci il təvəllüdlü Hüseyn Kazımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az xəbər verir ki, Hüseyn Kazımov 11 avqust 2017-ci ildə, saat 20.30-da Sumqayıt şəhərində yerləşən "Nəsimi" adına parkda olarkən tanışı Mehriban Quliyeva ilə mübahisə edib.

Mübahisənin baş verməsinə səbəb Mehribanın sosial şəbəkədə Hüseyn Kazımovun ünvanına söyüşlər yazması olub.

Hüseyn Kazımov bu yazışmanı parkda olarkən Mehribana iradını bildirib. Bu səbəbdən onların arasında mübahisə yaranıb.

Mübahisə zamanı Hüseyn Kazımov dalaşaraq Mehriban Quliyevanın bədənini müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri ilə vurub, ona xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Hüseyn Kazımovun barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan olunub.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Hüseyn Kazımov qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.