Bakıda hansı seriallara baxırlar? SORĞU


Digərləri 04 May 2018 13:41:00 284 0

Bakıda hansı seriallara baxırlar?  SORĞU

"Santa Barbara", Mehriban düşmən", "Qvadelupe", "Klon", daha sonralar "Aşka sürgün", "Fatmagülün suçu ne", "Binbir gece", "Aşk-ı memnu"... Bu seriallara bax-baxa neçə nəsil böyüyüb, neçə nəsil dünyasını dəyişib. Amma serialların həyatımıza, məişətimizə təsiri danılmazdır. Bəs paytaxt əhli seriallara baxırmı?  Sorğu nəticəsində bəlli oldu ki, seriala baxmaq məsələsində Bakı sakinləri 2 cəbhəyə bölünür. Üstünlük baxanların tərəfindədir (54 %). Sayı-hesabı bəlli olmayan seriallara baxanların böyük əksəriyyəti qadınlardır (74 %). Kişilər üçün seriallar o qədər də maraqlı deyil. Odur ki, güclü cinsin nümayəndələri seriallara baxmamağı üstün tutur (67 %).  Serialsevərlər Türkiyə istehsalı olan "dizilər"i daha çox izləyir (72 %). Yerli serialları izləyənlər təxminən 2 dəfə azdır (38 %). Rusiya istehsalı olan seriallar da Azərbaycan seriallarına 2 dəfə az səslə "uduzur" (17 %). Bollivudun ulduzlarını bəyənənlər sorğuda 6 % səs toplayıb."Qvadelupe" və "Mehriban düşmən" kimi Latın Amerika serialları bəyənib izləyənlər isə 5%-dir.  Sorğu 10-17 yanvar tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.