Siyavuş Novruzov: “Avropada Azərbaycanın əleyhinə çıxış edənlər ölkəyə gətirilməlidir”


Digərləri 04 May 2018 13:46:00 230 0

Siyavuş Novruzov: “Avropada Azərbaycanın əleyhinə çıxış edənlər ölkəyə gətirilməlidir”

Avropada Azərbaycanın əleyhinə bir qrup insan çıxış edir. Dəfələrlə demişəm ki, bunun qarşısı alınmalıdır.

Son.az report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

O qeyd edib ki, həmin insanlar xaricdən Azərbaycana gətirilməlidirlər: "Onlar qanun qarşısında cavab verməlidirlər".