ATVnin xəstə övladına görə çarəsiz qalan əməkdaşı Bu videoya görə məni qınamayın VİDEO


Digərləri 04 May 2018 13:27:00 304 0

ATVnin xəstə övladına görə çarəsiz qalan əməkdaşı  Bu videoya görə məni qınamayın  VİDEO

"Heç olmasa, ağrıdığı yerini deyə bilsəydi..."

Heç olmasa, ağrıdığı yerini deyə bilsəydi...

ATV-nin əməkdaşı Bəxtiyar Fətullayevin 8 yaşlı xəstə övladı Hüseynin müalicəsi ilə bağlı etdiyi müraciətlər nəticəsiz qalıb. Çarəsiz qalan ata Facebook sosial şəbəkəsində övladının halı ilə bağlı ürəksızladan video paylaşaraq az da olsa, imkanı olan şəxsləri Hüseynin bu halına biganə qalmamağa çağırıb:

ATV-nin əməkdaşının tükürpədən müraciəti - Çarəsiz ata xəstə övladı üçün çağırış etdi - VİDEO - FOTO "Dostlar, xeyli vaxtdır ki, oğlum Hüseynin müalicəsilə bağlı heç nə paylaşmıram. Düşünə bilərsiz ki, yəqin, hər şey qaydasındadır. Yox, sadəcə, yorulmuşam. Bu qədər səylərə baxmayaraq, tələb olunan 50 min dolların heç 5 faizini də toplamaq mümkün olmayıb. Kömək edənlər isə yenə kasıb və orta təbəqənin insanlarıdır. Çarəsizlik bütün ümidlərin üstündən xətt çəkir. "Yox, bacarmıram," - deyib, geri çəkilirsən. Nə edəcəyini bilmirsən. Sadəcə, düşünürsən, düşünürsən, düşünürsən... Bircə onu bilirəm ki, Hüseynin həyatı naminə dayanmaq olmaz. Çox xahiş edirəm, paylaşdığım bu videoya görə məni qınamayın. Çarəsiz olan insanlar üçün heç bir çərçivə yoxdur. Bununla bir daha demək istəyirəm ki, bu, Hüseynin adi bir halıdır. Ağrılardan özünü cırmaq-cırmaq etdiyi bir vəziyyətdir. Heç olmasa, ağrıdığı yerini deyə bilsəydi... Dostlar, mümkünsə, bu videonu paylaşın. Bilirəm, ağır bir şey istəyirəm sizdən. Amma inanın, dəstəyiniz olmasa, Hüseyni sağlam həyata qaytarmaq mümkün olmayacaq. Bəlkə, xeyirsevər, zəngin insanlar Hüseynin əsl vəziyyətindən agah olar və onun müalicəsi üçün dəstək olar. Edilən hər bir yaxşılığın mütləq bir mükafatı vardır. Gəlin, Hüseynin həyatına biganə qalmayaq! HÜSEYNƏ HƏYAT VERƏK!"

Ona həyat verək! - Məşhurlar xəstə uşaq üçün yenə yardım istədi, amma... - VİDEO Qeyd edək ki, jurnalist Bəxtiyar Fətullayevin 8 yaşlı övladı Hüseyn doğulandan bəri ağır xəstədir. Uşaq serebral iflici (Serebral Palsy) xəstəliyindən əziyyət çəkir. Ailə bu vaxta kimi onun müalicəsi üçün maddi baxımdan əllərində olan nə varsa, hamısını verib. Lakin indi hər şey tükənib. Çıxış yolunu xeyirxah insanların mərhəmətində axtaran çarəsiz ata övladının həyatını qurtarmaq məqsədilə maddi yardım üçün bir neçə dəfə müraciət yayıb. Müraciətə səs verənlər çox olsa da, hələ də Hüseynin müalicəsi üçün lazım olan məbləğin yalnız cüzi bir hissəsi yığılıb. Xatırladaq ki, balaca Hüseynə kömək çağırışına ATV-nin əməkdaşları, o cümlədən bir neçə məşhur şəxs də qatılmış və bununla bağlı video çarx hazırlanaraq yayılmışdı.

ATV-nin əməkdaşları bu uşaq üçün səfərbər oldular - Ona kömək lazımdır - VİDEO Bank rekvizitləri:

Bank Respublika ASC

Kod: 508182 VOEN 9900001901

M/h: AZ80NABZ01350100000000014944

SWİFT: BRESAZ22

ADI: Baxtiyar