Bakıda "Jeep"lə vurulan qadın öldü


Digərləri 04 May 2018 12:55:00 434 0

Bakıda "Jeep"lə vurulan qadın öldü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, mayın 3-də saat 22.00 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini Vüqar Ağayev idarə etdiyi "Jeep" markalı avtomobillə yolu keçən paytaxt sakini Natella Məmmədovanı vurub və nəticədə piyada hadisə yerində ölüb. 

Faktla bağlı Səbail RPİ tərəfindən araşdırma aparılır.