Rasim Balayevin "Küçə adamları efirdədir" sözlərinə müğənnilərdən reaksiya


Şou-biznes 04 May 2018 12:42:00 358 0

Rasim Balayevin "Küçə adamları efirdədir" sözlərinə müğənnilərdən reaksiya

Xalq artisti Rasim Balayevin telekanallar və müğənnilər haqqında dediyi sözlərə məşhurlar da biganə qalmayıblar.

Son.az axşam.az-a istinadən xəbər verir ki, aktyorun "Yeni avaz"a müsahibəsində söylədiyi "Bizim vaxtımızda efirə nümunəvi adamlar çıxırdı. Küçədən keçənlər efirə çıxa bilməzdi. Bu gün küçə adamları ekranlardadı. Əxlaqsız adam mənə əxlaqdan, rüşvətxor adam mənə rüşvətdən, ağılsız mənə ağıldan dərs deyir. Nə cürə geyinib səhnəyə, ekrana çıxırlar. Yaxşı, bunların öz yiyəsi, əri, qardaşı, bacısı yoxdur. Bəs bu televiziyanın sədri yoxdur?" sözləri bir çoxlarının ürəyincə olub.

Müğənni Elnur Məmmədov aktyorun videosunu paylaşaraq telekanallara nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayıb:

"Vallah düz deyirsiz, əvəzolunmaz sənətkar. Çox istəyərdim senzura olsun, televiziyalar düzəlsin, bayağılığa son qoyulsun. Heç olmasa televiziyaları qoruyaq. Musiqilərimizi bayağı musiqi kimi dünyaya tanıtmaqdansa, gəlin peşəkar və əvəzsiz musiqilərimizi tanıdaq. Qeyri-peşəkar, bayağı musiqiləri yox, ölçü götürülsün".