Müsəlman model üzr istədi: "Bağışlayın məni" VİDEO FOTO


Digərləri 04 May 2018 12:46:00 274 0

Müsəlman model üzr istədi: "Bağışlayın məni"  VİDEO  FOTO

Dünyanın ən məşhur modellərindən biri, əslən fələstinli ərəb olan Cici Hədid Vogue jurnalındakı fotosuna görə üzr istəyib.

Son.az Daily Mail-ə istinadən bildirir ki, jurnalın may sayının üz qabığında 23 yaşlı model qrim vasitəsilə "qaradərili"yə çevrilmişdi.

Cici bu fotonu İnstagram-dakı profilində paylaşmışdı. Lakin həddən ziyatə tənqid şərhlərinə görə, o, fotonu silmişdi.

Dünən isə o, bacısı, 21 yaşlı Bella ilə birlikdə Parisdə "Chanel" brendinin "Chanel Cruise 2017/2018" kolleksiyasının təqdimatında "əsas sima"lardılar.