Millət vəkilləri, ombudsman, hakimlərin əməkhaqları artırıldı


Digərləri 04 May 2018 12:19:00 286 0

Millət vəkilləri, ombudsman, hakimlərin əməkhaqları artırıldı

Millət vəkillərinin, ombudsmanın, Konstitusiya Məhkəməsi üzvlərinin və hakimlərin əmək haqları 10 faiz artırılır.

Bakı. Elçin Mehdiyev – Millət vəkillərinin, ombudsmanın, Konstitusiya Məhkəməsi üzvlərinin və hakimlərin əməkhaqları 10 faiz artırılır. Trend-in məlumatına görə, bununla bağlı parlamentin bugünkü plenar iclasında 4 qanuna dəyişiklik edilməsi nəzərdə tutulur və artıq qanun layihələri də iclasın gündəliyinə daxil edilib. Qeyd edək ki, dəyişiklik nəzərdə tutulan qanunlar “Deputatın statusu haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Konstitusiya Məhkəməsi haqqında" və "Omdudsman haqqında" qanunlardır. Qanun layihələri parlamentə ölkə Prezidenti İlham Əliyevin təqdimatı ilə daxil olub. Maaş artımına əsasən, MM-in sədri 2475 manat (indiyədək 2250 manat olub), sədrin I müavini 2227 manat (indiyədək 2015 manat olub), Milli Məclis sədrinin müavini 2103 (indiyədək 1912.5 manat), Milli Məclisin komitə sədri 1980 manat (indiyədək 1800 manat olub), komitə sədrinin müavini 1 856, sıravi deputat isə 1732 manat (indiyədək 1575 manat olub) maaş alacaq. Dəyişiklik 2018-ci il mayın 1-dən tətbiq ediləcək.