"SOCAR GPC" kompleksinin tikintisinə bu ilin sonu, gələn ilin əvvəlində başlanması planlaşdırılır


İqtisadiyyat 04 May 2018 11:59:38 269 0

"SOCAR GPC" kompleksinin tikintisinə bu ilin sonu, gələn ilin əvvəlində başlanması planlaşdırılır

kompleksin tikintisi dövründə 15 min nəfərin, istismar dövründə isə 2 min nəfərin işlə təmin olunması gözlənilir

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) planlaşdırdığı qaz emalı və polimer kompleksi "SOCAR-GPC"in tikintisinəicrasına 2018-ci ilin sonu, 2019-cu ilin əvvəlində başlanması planlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə “SOCAR GPC” layihəsinin təqdimatına və ətraf mühitə və sosial təsirlərin qiymətləndirilməsi prosesinə yanaşmanın müzakirəsinə həsr olunmuş açıq görüşdə bildirilib.

Layihənin ətraf mühit və sosial təsirlərini tender əsasında seçilən "Golden Associates"(Türkiyə) və yerli "Sulaco Consulting & Engineering" şirkəti aparıb.

"Sulaco" şirkətinin nümayəndəsi İslam Məmmədov bildirib ki, kompleksin tikintisi dövründə 15 min nəfərin, istismar dövründə isə 2 min nəfərin işlə təmin olunması gözlənilir.

Onun sözlərinə görə,kompleksin Qaradağ rayonunun Səngəçal qəsəbəsinin yaxınlığında inşa olunması planlaşdırılır:"Kompleksin ərazisi üçün bir neçə variant nəzərdən keçirilib, 305 h ərazi seçilib, 250 h ərazi tikinti üçün nəzərdə tutulub. Ərazidə geoloji,seysmoloji və digər tədqiqat işləri aparılıb.Layihə təbii qazın daha yüksək standartlara uyğun təmizlənməsi məqsədi daşıyır. Əsas qaynaq təbii qaz axınıdır.

Qaz Emalı Zavodunun illik gücü 10 mlrd. kubmetr həcmində (təmizlənmiş 9,1 mlrd.kubmetr) nəzərdə tutulub. Kompleksdə, həmçinin ildə 600 min ton aşağı və yüksək sıxlıqlı polietilen, 130 min ton propilen, 42 min ton benzol, 25 min ton benzin istehsalı nəzərdə tutulur. Bundan başqa, daxili istifadə üçün ildə 32 min ton buten-1, 21 min ton heksen-1 istehsalı planlaşdırılır".

Onun sözlərinə görə, kompleksin inşasında ən müasir texnologiyalardan istifadə olunacaq.