2 nəfərin yaralandığı zəncirvari qəzanın


Digərləri 04 May 2018 11:52:00 259 0

2 nəfərin yaralandığı zəncirvari qəzanın

Bakının Xəzər rayonu ərazisində, Aeroport yolunda yol qəzası baş verib.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, hadisə zamanı "QAZ 31105", "Saipa" və "Opel" markalı avtomobillər toqquşub. Qəza nəticəsində "Saipa" markalı avtomobil dəmir arakəsmələrə çırpılaraq yararsız vəziyyətə düşüb. "Saipa"nın sürücüsü və "Opel"də olan sərnişin xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıblar. Hadisə yerində Xəzər rayonun pollis idarəsinin əməkdaşları olublar.  Faktla bağlı araşdırmalar aparılır. 

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar