Türkiyədə dolların məzənnəsi 4,25 lirəyə çatıb


İqtisadiyyat 04 May 2018 11:39:00 292 0

Türkiyədə dolların məzənnəsi 4,25 lirəyə çatıb

Bu, qlobal səviyyədə Amerika valyutasının bahalaşması, eləcə də ölkə daxilində qiymət artımının sürətlənəcəyinə dair gözləntilərlə bağlıdır

Bu gün səhər saatlarında Türkiyədə ABŞ dollarının məzənnəsi 4,25 lirəyə çatıb.

“Report” türk mətbuatına istinadən xəbər verir ki, bu, ötən günün yekunu ilə müqayisədə təxminən 1% çoxdur.

Lirənin ucuzlaşması qlobal maliyyə bazarlarında Amerika valyutasının bahalaşması, eləcə də ölkə daxilində qiymət artımının sürətlənəcəyinə dair gözləntilərlə bağlıdır.

Qonşu ölkədə dollarla yanaşı, digər xarici valyutalar da bahalaşıb. Avronun məzənnəsi 5,09 lirəyə, ingilis funt sterliqinin məzənnəsi isə 5,76 lirəyə yüksəlib.