Türkiyədə 17 mindən çox azərbaycanlı tələbə təhsil alır


Sosial 04 May 2018 11:28:19 290 0

Türkiyədə 17 mindən çox azərbaycanlı tələbə təhsil alır

Onlar Türkiyədə təhsil alan əcnəbilərin sayına görə ikinci yeri tuturlar

Türkiyənin ali məktəblərində2017/2018 tədris ilində 17078 azərbaycanlı tələbə təhsil alır.

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, Türkiyə Ali Təhsil İdarəsi ölkədəki ali təhsil müəssisələrində əcnəbi tələbələrinin sayı haqqında statistika dərc edib.

Hesabata görə, Türkiyədə təhsil alan əcnəbilərin sayına görə birinci sırada suriyalılar qərarlaşıblar. 117,81 min əcnəbi tələbədən 20,68 min nəfəri suriyalıdır. Siyahıda ikinci yerdə Azərbaycan (17078 tələbə) yer alıb. İlk beşlikdə həmçinin Türkmənistan (12220), İran (6350) və Əfqanıstan (5820) qərarlaşıb.

İdarədən bildirilib ki, bu gün Türkiyədə 200-dən çox ölkədən, o cümlədən Afrika, ərəb ölkələri və Balkan yarımadasından tələbələr təhsil alırlar.