Şok kadrlar: 6 nəfərin həlak olduğu anlar VİDEO FOTO


Digərləri 04 May 2018 11:29:00 314 0

Şok kadrlar: 6 nəfərin həlak olduğu anlar  VİDEO  FOTO

Küçədəki müşahidə kamerası ABŞ-ın Arizona ştatında yüngül motorlu təyyarənin yerə çarpılaraq alışıb yanması anlarını qeydə alıb.

6 nəfərin ölümünə səbəb olmuş faciəli insident aprelin 9-da yaşansa da, yerli polis görüntüləri indi açıqlayıb.

Son.az FOX5-a istinadən bildirir ki, Piper PA-24-260 Comanche monoplanı Skotsdeyl şəhər aerodormundan təqribən 400 metr kənara düşüb. Kadrdlarda görünür ki, təyyarə qəflətən sola tərəf meyllənib, sürətlə aşağı düşməyə başlayıb və qolf meydanına düşəndən sonra alışıb.

Səmaya qalxandan 15 dəqiqə sonra yerə düşən təyyarədə üç qadın və üç kişi vardı. Onlardan kimsə sağ qalmayıb.

Həlak olanlar 23 yaşlı Mera Kuqan və 22 yaşlı Helena Laqos, promouter Anand Patel, gecə klubunun aparıcısı və həvəskar pilot, 28 yaşlı Ceyms Pedrosa, 26 yaşlı Erik Valente və 23 yaşlı Ayris Karlina Qarsiya Rodrigesdir.


Xəbərə aid fotolar