DİM ödənişsiz onlayn sınaq imtahanları təşkil edir


Digərləri 04 May 2018 10:44:00 484 0

DİM ödənişsiz onlayn sınaq imtahanları təşkil edir

Dövlət İmtahan Mərkəzi abituriyentlərə kömək məqsədilə "Abituriyent" jurnalının 1-ci sayında dərc edilmiş test tapşırığı nümunələrindən ibarət ödənişsiz onlayn sınaq imtahanları təşkil edir.

Bu barədə Son.az-a Mərkəzdən məlumat verilib.

2018-ci il "Abituriyent" jurnalının 1-ci sayında dərc edilmiş və ali təhsil müəssisələrinin qəbul imtahanı modelinə uyğun test tapşırığı nümunələrindən ibarət ödənişsiz onlayn sınaq imtahanlarına abituriyentlər rahat şəkildə yazıla və onlara uyğun günün istənilən vaxtında daxil olub biliklərini yoxlaya bilərlər.

Abituriyentlər sınaq imtahanında iştirak etmək üçün http://otk.az portalına daxil olub qeydiyyatdan keçməlidirlər. Daha sonra abituriyentlər istədikləri ixtisas qrupunu seçib imtahana yazıla bilərlər.