Amerikalı general yüzlərlə rusiyalı muzdlunu necə öldürdüklərini danışdı FOTO


Dünya 04 May 2018 10:12:00 278 0

Amerikalı general yüzlərlə rusiyalı muzdlunu necə öldürdüklərini danışdı  FOTO

ABŞ-ın Suriyadakı qüvvələrinə komandanlıq edən briqada generalı Conatan Braqa bu ilin fevralında Deyr-əz-Zor yaxınlığında qaz emalı zavodunu ələ keçirmək üçün hücum edən rusiyalı muzdlulara qarşı əməliyyatın təfərrüatlarını açıqlayıb.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, yüzlərlə rusiyalı muzdlunun ("Vaqnerin ordusu") öldürüldüyü həmin hücum barədə ilk dəfədir bilavasitə əməliyyatlara rəhbərlik edən general danışır. Conatan Braqanın danışdıqlarına Britaniyanın "Daily Express" qəzeti yer verib.

General Braqa eyni zamanda ABŞ-ın Suriya və İraqda əməliyyatlara məsul olan əsas qoşun qruplaşmalarının əməliyyatlar üzrə direktorudur. O deyir ki, rusların cavab addımından qorxub, çünki bu Üçüncü dünya müharibəsinə səbəb olardı.

"Biz texnikanın hərəkətini, hərbçilərin irəlilədiyini gördük, onlar təlim manevrləri edirdilər və digər manevrlər həyata keçirirdilər, hansı ki, bunları əvvəllər biz görməmişdik. Mən rusiyalı həmkarıma zəng vurdum. Biz hansısa yanlışlıqlara yol verməmək və zərurət yarananda gərginliyi azaltmaq üçün ruslarla qarşılıqlı əlaqədəyik. Təxminən iki saat sonra bizim olduğumuz mövqelərə tərəf artilleriya mərmiləri uçmağa başladı, ardınca tanklar birbaşa tuşlama ilə atəş açdı, sonra yüzlərlə döyüşçü atıcı silahları işə saldı. Onlar artilleriyanı getdikcə bizə daha çox yaxınlaşdırırdılar. Biz bir daha ruslarla əlaqə saxladıq və bütün bunların dayandırılmasını istədik", - general danışır.